AZ

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar başa çatıb (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, 2024-cü il 2-3 dekabr tarixlərində Bakışəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi vəÜmumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığıilə “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqlimülkiyyət” mövzusunda regional seminar keçirilib.

Trendxəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumatyayıb.

Bildirilib ki, iki gün davam edən tədbirdə ÜƏMT-nınmütəxəssisləri tərəfindən kreativ iqtisadiyyatın aktualməsələlərinə dair maraqlı təqdimatlar edilib.

ÜƏMT–nın department direktorunun müavini Dimiter Qançevin“Kreativ iqtisadiyyatın mövcud ölçməmodellərinə ümumi baxış”mövzusunda məruzə edib. O, yaradıcı sektorun müxtəlif məsələlərinətoxunaraq kreativ sənaye tədqiqatlarının təkamülü, ÜƏMTmetodologiyası, kreativ dəyər zənciri haqqında ətraflı məlumatverib. Vurğulanıb ki,yaradıcı sənayelər iqtisadiyyatın mühümsektorlarından biridir və ümumi daxili məhsula (ÜDM) və məşğulluğaəhəmiyyətli töhfələr verir. D.Qançev statistik göstəriciləri təqdimedib və bu statistik göstəricilərin yaradıcı sənayelər və kreativiqtisadiyyat üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini diqqətəçatdırıb.

ÜƏMT-nın nümayəndəsi Rimantas Vaicenavicius “Müəllif-hüquqsənayesi ÜƏMT çərçivəsində” mövzusunda təqdimatında məşğulluq vəbeynəlxalq ticarətə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıbvə sahə üzrə əsas indikatorları təhlil edib.

ÜƏMT-nın nümayəndəsi Felipe Buitragonun “Kreativ iqtisadiyyatındata modelinin yaradılması” mövzusunda etdiyi təqdimatda kreativiqtisadiyyat üçün data modelinin qurulmasının iqtisadiyyatda mühümrolundan geniş bəhs edib. O, kreativ iqtisadiyyatın müxtəlifsektorları arasında məlumat axınını təmin etməklə, ekosistemyaratmaqla iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyin mümkünolduğunu vurğulayıb. Təqdimatda sahibkarlığın bir ölkənin iqtisadiinkişafının əsas hərəkətverici qüvvələrindən biri olduğunu və bununüçün şərait yaradılmasının əhəmiyyətli olduğunu qeyd edilib,həmçinin kreativ iqtisadiyyatda informasiya piramidasının yaradıcıfəaliyyətlərin effektiv idarə olunması, innovasiyaların təşviqi vəbazar tendensiyalarına uyğun qərarlar qəbul etmək üçün vacib olduğusöyləyib və informasiya piramidasının elementləri haqqında ətraflıməlumat verilib.

ÜƏMT-nın nümayəndəsi Kübra Karataş “Modelin çərçivəsi, strukturuvə indikatorları” mövzusunda məruzə edib. O, kreativ iqtisadiyyatınstrukturu və komponentləri haqqında ətraflı məlumat verib, Kreativİqtisadiyyat Data Modelinin (CEDM) kreativ iqtisadiyyatda fəaliyyətgöstərən müxtəlif sahələr arasında məlumatların toplanması,təsnifatı, analizi və istifadəsini təmin edən bir məlumat strukturuolduğunu vurğulayıb. Bu model kreativ iqtisadiyyatın dəyərzəncirinin hər bir mərhələsində qərarların daha dəqiq qəbuledilməsinə kömək etdiyini bildirib.

Tədbirə onlayn rejimdə qoşulan professor Vanus James indeksmetodologiyası və məlumat mənbələri, onlara olan tələblər barədədanışıb.

Felipe Buitragonun “Məlumat mənbələrinin müəyyən edilməsi üzrəproblemlər” mövzusunda təqdimatında məlumat mənbələrinin müəyyənedilməsi üzrə problemləri haqqında məlumat verilib. O,məlumatlarınparçalanması, məlumat keyfiyyətinin dəyişkənliyi, məlumatlardaməhdud əlçatanlıq kimi məsələlərin informasiya mənbələrinin müəyyənedilməsinin əsas problemləri olduğunu vurğulayıb.

ÜƏMT-nın nümayəndəsi Valeria Brusnikina “Kreativ aktivlərlərəqəmsal tranzaksiyalardan əldə edilən məlumatların istifadəsi”mövzusunda çıxış edib. Çıxışda kreativ sənayelərin ekosistemi,müəlliflik hüququ obyektlərinin yaradılması, qorunması,monetizasiyası, müxtəlif rəqəmsal platformalarda istifadəsi vəmonitorinqi, qeyri-qanuni istifadənin qarşısının alınmasıməsələlərinə toxunulub.

Tədbirdə Filippinin misalında təcrübənin öyrənilməsi və“Subregional hazırlığın qiymətləndirilməsi: Kreativ iqtisadiyyatınmilli statistik perspektivləri” mövzusu ətrafında müzakirələrtəşkil olunub.

Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsindəəməkdaşlığın davamı olan iki günlük beynəlxalq tədbirdə ÜƏMT-nıtəmsil edən nümayəndə heyəti, Türkiyə, Qazaxıstan, Özbəkistan vəQırğızıstandan nümayəndələr müzakirələrdə fəal iştirak ediblər.

Regional seminar iştirakçıları tədbirin yüksək səviyyədə təşkilolunduğunu xüsusilə qeyd ediblər və Azərbaycan Respublikasının ƏqliMülkiyyət Agentliyinə təşəkkürlərini çatdırıblar.

“Kreativ
“Kreativ
“Kreativ
“Kreativ
“Kreativ
“Kreativ
“Kreativ
Seçilən
34
1
az.trend.az

2Mənbələr