İsrailin Suriya ərazisinə endirdiyi aviazərbələr zamanı Hizbullahın komandirlərindən biri öldürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə xəbəri “Sky News Arabia” yayıb.
Dəməşqin hava limanına gedən yolda baş verən hadisə zamanı həmin şəxsin olduğu avtomobil hədəfə alınıb. Nəticədə sürücü ağır yaralanıb.
Qeyd edək ki, ötən ildən İsrail Suriyaya aviazərbələri intensivləşdirsə də hələlik sonuncu insidentlə bağlı rəsmi açıqlama verməyib.