Bakı. Trend:
Tarixi Zəfərimizdən 4 ildən artıq vaxt keçməsinə baxmayaraq,onun yaratdığı reallıqlar hər an 44 günlük İkinci Qarabağmüharibəsini xatırlamağı, Müzəffər Ali Baş Komandan, Prezidentİlham Əliyevin sərkərdərliyi ilə Azərbaycan Ordusunun göstərdiyiqəhrəmanlığı və şücaəti təhlil etməyi, indiki və gələcək nəsillərəçatdırmağı bir tələb kimi qarşıya qoyur. 44 gündə 6 şəhərin, 5qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin, xeyli sayda stratejiyüksəkliyin işğaldan azad edilməsi ədalətin təntənəsi, rəşadətliordumuzun gücünün, qüdrətinin təqdimatı oldu. Azərbaycanınhərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqiolan 10 noyabr 2020-ci il tarixili üçtərəfli Bəyanata əsasən Ağdam,Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə ölkəmizəqaytarıldı. Dövlətimizin başçısı İlham Əliyev 1 dekabr 2020-ci iltarixdə Laçın rayonunun azad edilməsi müjdəsini xalqa çatdırarkən“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü dəbir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcburetdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəlnəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər vəLaçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, birşəhid vermədən qaytarmışıq” fikirlərinin davamı olaraq belə birəminliyi də ifadə etdi ki, ölkəmiz üçün yeni dövr başlayır. Yeniquruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrübaşlayır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclüiradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmışşəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. Bundansonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə,bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və bundansonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir. Bumühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2022-ci ilin 26 avqusttarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev özünün“Twitter” səhifəsində belə bir paylaşımı da etdi ki, bu gün,avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq.Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndlərinəzarətə götürüldü.
Azərbaycan istər döyüş meydanında, istərsə də informasiyacəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildəhəqiqətləri görməzdən gələn bəzi dünya gücləri, nüfuzlu beynəlxalqtəşkilatlar 44 gündə Prezident İlham Əliyevin xarci KİV-lərə 30-danartıq müsahibəsi, şanlı Qələbəmizin reallıqları əsasında keçmişQarabağ münaqişəsinin əsl mahiyyətini öyrənməyə məcbur oldular.Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsiistiqamətində atdığı addımlar informasiya cəbhəsində üstünlüyümüzünqorunmasında əhəmiyyətli rol oynadı. Bu gün digər ərazilərimizkimi, Laçın rayonu da özünün sevincli günlərini yaşayır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, 10 noyabr 2020-ci il tarixliüçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Laçını tərk edənermənilər dövlətimizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyihumanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı,vəhşiliyi bu torpağımızda da təkrarladılar. Evlərə, meşələrə odvuran ermənilər revanşizm ideologiyasından əl çəkmədiklərini açıqşəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldanazad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğudağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədəknecə vəhşi ilə üz-üzə olduğumuzu görsün. Kəlbəcərin və Laçınınboşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarınıntəqdimatında mühüm rol oynadı. Reallıq budur ki, Ermənistan işğalçıtərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərinikobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adlarındəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi vəqazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan ermənilərinməqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibindəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir.Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərədünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccübləqarşılanmadı. Çünki 28 ildən artıq dövrdə ikili siyasətinnəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa daErmənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdıki, dünya, ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütünhallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanıolmadığını həm döyüş meydanında, həm də informasiya cəbhəsindəermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırır. Bir dahasübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışlarıəsasdır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan hər zaman qarşısınaqoyduğu hədəfərə doğru inamla irəliləyir və buna yüksək səviyyədənail olur. Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən bizLaçına qayıtdıq. Tarixi Zəfərimizin reallıqları fonunda əldəetdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılıolmayaraq hər bir azərbaycanlını qürurlandırır. Dövlətimizinbaşçısı İlham Əliyev Böyük Qayıdış Proqramının uğurlu icrasındanbəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçınşəhərinə qayıdacaq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilkmərhələsi məhz həmin ilin 28 May-Müstəqillik Günündə reallaşdı.Qısa zamanda böyük bərpa-quruculuq işlərinin reallaşdırılmasıölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Laçınrayonunun Zabux və Sus kəndləri də sakinlərinə qovuşan ərazilərimizsırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin Laçın rayonunahər bir səfəri Böyük Qayıdış Proqramının sürətlənməsinə xidmət edənmühüm addımlarla zəngindir. Dövlətimizn başçısı İlham Əliyevçıxışlarında daim bu xatırlatmanı edir ki, 50 yaşım tamam olandalaçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpüqəsəbəsində görüşmüşdüm. Həmin görüşdə bu əminliyi ifadə etmişdirki, torpaqlarımız azad olunandan sonra Laçının çalçağırlı günləri,bu rayonda genişmiqyaslı bərpa-quruculuq işləri başlayacaq. ArtıqMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hər bir bayramgünlərini, tarixi hadisələri məhz işğaldan azad edilmişərazilərimizdə qeyd etməsi bir ənənəyə çevrilib.
Millət vəkili bildirib ki, işğaldan azad edilmiş Füzulidə,Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik havalimanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Havalimanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurunhava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixihadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimimövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. LaçınBeynəlxalq Hava Limanının isə 2025-ci ilin əvvəlində istifadəyəverilməsi nəzərdə tutulur. Bu mühüm addım Laçının stratejiəhəmiyyətinin təqdimatında əhəmiyyətli rol oynayır. Qısa müddətdəgörülən işlərin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadivə maliyyə imkanlarının böyüklüyünü, xalqımızın necə qurucu xalqolduğunu aydın şəkildə görə bilərik. Onu da qeyd edək ki, 2023-cüil Azərbaycanın tarixinə ərazi bütövlüyümüzün və suverenliyimizintam bərpa edilməsi ili kimi yazıldı. Belə ki, həmin ilin aprelin23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədindəsərhəd-buraxılış məntəqəsinin qoyulması ərazi bütövlüyümüzün tambərpası deməkdir. Azərbaycanın bu mühüm addımı da beynəlxalq hüquqaəsaslanır.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin “Bugün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudanda böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı” fikirlərikeçirilən yolun və qarşıdakı hədəflərin ümumiləşdirilmişifadəsidir. Hazırda qarşıda dayanan əsas vəzifə torpaqlarımızınbərpası, soydaşlarımızın Böyük Qayıdışının tam şəkildə başaçatdırılmasıdır. Uğurlu və düşünülmüş siyasətimiz bu hədəfə dəyüksək səviyyədə nail olacağımıza stimul verir.