İtaliya A seriyasında ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.
QOL.az xəbər verir ki, bu ada "İnter"in futbolçusu Lautaro Martinez layiq görülüb.
27 yaşlı hücumçu 2024/25 mövsümündə 33 matça çıxıb, 24 qol vurub.
Lautaro 2018-ci ilin yayından "İnter"də oynayır. Onun Milan klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayınadək nəzərdə tutulub.