AZ

“Google Chrome” brauzerlər arasında liderlik etməkdə davam edir – Yeni reytinq açıqlandı


Statistikaya görə, “Google Chrome” öz bazar payını rekord həddə - 66,31%-ə çatdıraraq liderliyini davam etdirir.
Yeniavaz.com
xəbər verir ki, bu, oktyabr ayı ilə müqayisədə 1,09%, ötən illə müqayisədə isə 4,25% çoxdur.
İkinci yerdə “Microsoft Edge” dayanır, lakin iki brauzer arasında böyük uçurumu nəzərə alaraq onu yalnız ən yaxın rəqib adlandırmaq olar.
Üstəlik, “Edge”in payı keçən ay 13,56%-dən 12,87%-ə düşərək, 0,69 bənd azalıb.
“Safari” üçüncü yerdə qərarlaşıb və noyabrda payını 0,07 bənd artıraraq, 9,13%-ə çatdırıb. “Mozilla Firefox” bazarın 6,45%-ni (+0,06%) tutaraq, mövqeyini bir qədər yaxşılaşdırıb. “Opera” brauzeri isə 2,81% payla ilk beşliyi tamamlayıb ki, bu da ötən ayla müqayisədə 0,39% azdır.
Brauzerlərin yeni reytinq cədəvəlini təqdim edirik:
1. “Google Chrome” - 66,31% (+1,09 faiz bəndi)
2. “Microsoft Edge” - 12,87% (-0,69 faiz bəndi)
3. “Apple Safari” - 9,13% (+0,07 faiz bəndi)
4. “Mozilla Firefox” - 6,45% (+0,06 faiz bəndi)
Seçilən
3
1
yeniavaz.com

2Mənbələr