AZ

“Qərb bu ölkəni dalana dirəyəcək”

Son vaxtlar rəsmi Kiyev müharibənin gedişatı və gələcək mmkün nəticələri ilə bağlı bədbin proqnozlar səsləndirməkdədir.

 

Maraqlıdır, doğrudanmı Ukrayna artıq məğlubiyyətlə barışıb və vəziyyəti dəyişmək iqtidarında deyil?

 

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu qənaəti bölüşmədiyini vurğulayıb:

 

“Hesab edirəm ki, rəsmi Kiyevin müharibə ilə bağlı verdiyi bədbin proqnozlar diplomatik manevrdir və qarşı tərəfi arxayın salmağa hesablanıb.

 

Biz görürük ki, Ukraynaya edilən yardımlar bu gün də davam edir və bu yardımların miqyası azalmayıb. Dünyanın müxtəlif dövlətləri Ukraynanın ehtiyacına uyğun olaraq bu ölkəyə yardımlar göstərir, ona Rusiyaya qarşı mübarizədə dəstək verirlər.

 

Düşünürəm ki, bu dəstək gələcəkdə də davam edəcək. Ukraynaya dəstəyini davam etdirən Qərb Rusiyanı dalana dirəyəcək və müharibənin  taleyini Ukrayna xalqının marağına uyğun şəkildə həll edəcək”.

 

Seymur ƏLİYEV

Seçilən
6
moderator.az

1Mənbələr