AZ

Azərbaycana "Audi" gətirən şirkət bağlandı

Azərbaycanda avtomobil idxalı və satışı ilə məşğul olan şirkət ləğv olunub.

SeherXeber.org iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu, "European Cars" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Belə ki, sözügedən şirkət "Dream Auto" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulur.

Qeyd edək ki, "European Cars" 2012-ci ildə, "Dream Auto" isə 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hər iki şirkətin sahibi Məmmədov Vüqar İmaməli oğludur.

"Dream Auto" MMC 2019-cu ildən Audi markalı avtomobillərin rəmsi idxalçısı kimi fəaliyyət göstərir. Alman avtomobil şirkəti - Audi "Volkswagen" qrupunun üzvüdür.

Seçilən
4
13
seherxeber.org

10Mənbələr