Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” I Liqa klubu “Mingəçevir”lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qollarını 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar. “Mingəçevir”in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.
Komanda növbəti 1/4 finalda “Zirə” – “Şamaxı” matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl “Səbail” 1/4 finala yüksəlib. Günün son oyununda “Sabah” və “Turan Tovuz” klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.