AZ

“Sinifdəki oğlanların hamısı məni zorladı” – 13 yaşlı qızın DƏHŞƏTLİ DRAMI

Türkiyədə 17 oğlanın 13 yaşlı qızı məktəb tualetində zorlaması ilə bağlı məlumat yayılıb.

Dəhşətli hadisə Ankara şəhərində baş verib. Yerli mətbuatın yazdığına görə, orta məktəblərin birində 17 oğlan şagird məktəbin qızlar tualetinə zorla daxil olub sinif yoldaşları A.B.-yə dəfələrlə təcavüz ediblər.

Hazırda oğlanlar hadisə ilə bağlı məhkəməyə verilib. A.B. polisə ifadəsində bildirib ki, hətta bu hadisələri görənlər ona kömək etməyiblər.

Məlumata görə, təcavüzə məruz qalan qız bir universitetdə müəllim işləyən ata və ananın tək övladıdır. A.B. başına gələn iyrənc hadisəni düz bir il utanaraq ailəsinə deməyib. Hadisə 2023-cü ildə baş verib. Həmin zaman qızın 13 yaşı olub. O vaxt qız orta məktəbin 7-ci sinfində oxuyurmuş. Eşitdiklərindən şoka düşən valideynlər polis bölməsinə gedib 17 oğlan şagirddən şikayətçi olublar. Ana və ata qızlarını dərhal başqa məktəbə köçürüblər. Psixologiyası pozulan A.B.-nin psixiatrik müalicəsinə başlanılıb. Ailə tələb edir ki, bu məsələ ilə bağlı məktəb rəhbərliyinə və müəllimlərə qarşı da cinayət işi açılsın.

Valideynlərin iddiasına görə, bu iyrəncliklərdən xəbər tutsalar da, məktəb rəhbərliyi və müəllimlər susub.

İstintaq zamanı qız Uşaq Monitorinq Mərkəzində 3 dəfə ifadə verib. A.B. ifadələrində deyib ki, köhnə məktəbində yaşadığı zorakılığa görə, yerini dəyişib: “Demək olar ki, sinifdəki oğlanların hamısı məni zorladı”.

İfadəyə görə, oğlan sinif yoldaşları məktəbdə hamının yanında onu rahatlıqla öpür və intim yerlərinə toxunurlarmış: "Bunlar məktəbin hər yerində olub. Sinifdə, dəhlizdə, yeməkxanada, tualetdə. Bu hadisələri görənlər mənə kömək etməyiblər". Qız bir-bir ona qahmar çıxmayan yoldaşlarının adını çəkib.

Türkiyə qanunlarına görə, uşağa qarşı cinsi istismar cinayətinə görə yetkin şəxsi 28 ilədək azadlıqdan məhrum edirlər. Lakin oğlan şagirdlərin yaşı 15-dən az olduğu üçün qanuna görə, bu cinayətə görə 7 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutula bilməz. Bu hadisə ilə bağlı məhkəmə Bakı vaxtı ilə 11:00-da keçiriləcək.|Lent.az

Seçilən
42
1
musavat.com

2Mənbələr