AZ

Ermənistan çətin durumda: BMT-də Ermənistanda azərbaycanlılar və türklərə qarşı nifrət zəminində çıxışlar müzakirə edilir

Bakı. Trend:

Dekabrın 3-də BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrəKomitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrüməruzəsinə baxış zamanı Ermənistan üzrə məruzəçi Yeung Sık YuenYeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və butəşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyinolmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrətzəminində baş vermiş cinayətlər barədə danışıb.

Trend xəbərverir ki, erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqqqazandırmaq üçün istifadə olunduğunu bildirən ölkə üzrə məruzəçiErmənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşınifrət zəminində çıxışların olduğuna diqqəti çəkib vəAzərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyinivurğulayıb.

Eyni zamanda, bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstanvətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinəicazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndəheyətindən bununla bağlı açıqlama istəyib.

Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlərnazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq,Ermənistan hakimiyyətinin üzləşdiyi çətinliklərdən danışıb.

Seçilən
1
8
az.trend.az

9Mənbələr