AZ

Məşhur “qanuni oğru” "tac"ından imtina etdi

Rusiyada məşhur "qanuni oğru" Paramon (əsl adı Yuri Paramonov) kriminal mövqeyindən imtina etməsi barədə bəyanat yazıb.

Bakıvaxtı.az lent.az-a istinadən bildirir ki, onun oğru ənənələrindən əl çəkdiyi müvafiq kağız Paramonovun cəza çəkdiyi düşərgənin rəisinə təhvil verilib. Maraqlıdır ki, hadisə 2002-ci ildə baş versə də, məlumat yalnız indi açıqlanıb.

"Mən saxlanma rejiminə ciddi əməl edəcəyəm və cəzaçəkmə müəssisəsində asayişin qorunmasına kömək edəcəyəm", - bəyanatda deyilir.

Məlumdur ki, Paramonov Serpuxovda "qanuni oğru" kimi kriminal bos Aleksey Zabavin tərəfindən "taclandırılıb".

Seçilən
2
2
bakivaxti.az

3Mənbələr