Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü olub.
APA-nın xəbərinə görə, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Nəsib Məhəməliyev iştirak ediblər.
Görüşdə hökumətlərin təqdim etdiyi layihələrin həyata keçirilməsində parlament diplomatiyasının rolu mövzusunda keçiriləcək müzakirələrdə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında siyasi, humanitar, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub. Bundan əlavə, Qafqazdakı və Yaxın Şərqdəki vəziyyət, Bakıda keçirilmiş COP29 tədbiri və digər vacib mövzular da iclasın gündəliyində yer alıb.