AZ

UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunan tədbir keçirilib - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr olunmuş “Biz Bir Ailəyik” adlı inklüziv konsert proqramı keçirilib.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC İnklüziv Təhsil Mərkəzi və “Biz Bir Ailəyik” əlilliyi olan şəxslərə dəstək ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi anılıb, eşitmə və danışma məhdudiyyətli şəxslər Dövlət Himnini ifa ediblər.

Tədbirdə çıxış edən UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Milli Məclisin deputatı Vüqar İskəndərov, UNEC İnklüziv Təhsil Mərkəzinin rəhbəri Sevinc Məhsimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Azər Əliyev ölkəmizdə müxtəlif dərəcəli əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan bəhs ediblər, hər bir vətəndaşın, dövlətin həmin istiqamətdə apardığı siyasətə insanlıq dəyəri kimi dəstək göstərməsinin vacibliyini vurğulayıblar. Çıxış edənlər dünyamızın humanitar dəyərlərə ehtiyacı olduğunu diqqətə çatdıraraq, bu kimi tədbirlərin sosial məsuliyyətlilik, qayğıkeşlik, birlik kimi prinsipləri özündə ehtiva etdiyini qeyd ediblər. Ölkəmizdə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması üçün bütün imkanların mövcud olduğunu bildiriblər.

Tədbirin bədii hissəsində incəsənət xadimləri, əlilliyi olan uşaqlar və gənclər bir-birindən maraqlı musiqi nömrələri və rəqslərlə çıxış ediblər. İnklüziv tədbirdə əlilliyi olan şəxslərin əl işlərinin sərgi yarmarkası da təşkil olunub.

Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

Seçilən
6
8
azpolitika.info

10Mənbələr