AZ

Ərdoğan Sudani ilə bu məsələlərdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə telefon danışığı aparıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Sudaniyə Türkiyənin prioritetinin sərhədlərində sakitliyi qorumaq olduğunu və Suriya hökumətinin “Şimali bölgədəki hadisələrin gərginliyini azaltmaq üçün real siyasi prosesə qoşulması lazım olduğunu” bildirib. 

Ərdoğanın sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini və maraqlarını rəhbər tutaraq, terror təşkilatı PKK və onun əlaltılarının baş verənlərdən sui-istifadə etməsinin qarşısını almaq üçün addımlar atır və bundan sonra da addımlar atacaq.

Ərdoğan Sudaniyə Türkiyənin Suriyanın ərazi bütövlüyü, birliyi və sabitliyinə dəyər verdiyini deyərək, Ankaranın mülki ölümlərdən qaçmaq istədiyini bildirib.

Seçilən
6
50
unikal.az

10Mənbələr