“Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb. Bu uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək”.
Bu sözləri Hit.az-a psixoloq Könül İsmayılova deyib.
O bildirib ki, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər:
“Hazırda üstünlük ingilis dilinə üstünlük verilir. Çünki, bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun temperamentinə uyğun dil seçilməlidir”.
Sevinc