AZ

Qazaxıstan kapitallı 10-dan çox şirkət Azərbaycan bazarına daxil olub

Fins.az - Yeyinti və toxuculuq sənayesi, eləcə də maşınqayırma sahəsində fəaliyyət göstərən Qazaxıstan kapitallı 10-dan çox şirkət “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzinin dəstəyi ilə Azərbaycan bazarına daxil olub. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “QazTrade”in E-ticarət departamentinin direktoru Janar Utepova deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin himayəsi altında ixracın akselerasiya proqramı çərçivəsində həyata keçirilir.

“Bu proqram çərçivəsində biz şirkətləri Azərbaycan bazarına çıxarır, tərəfdaşlar tapır, danışıqlarda, müqavilələrin bağlanmasında köməklik göstərir, yəni onları bu bazara çıxma prosesində tam şəkildə müşayiət edirik. İxracın akselerasiya proqramında ümumilikdə 190-a yaxın aktiv və yeni yaradılan şirkətlər iştirak edir. Yeni şirkətlər üçün ixrac üzrə, aktiv şirkətlər üçün isə tərəfdaşların tapılması və müqavilələrin imzalanması ilə bağlı təlimlər keçiririk. Biz, həmçinin, ticarət-iqtisadi missiyalar təşkil edirik və hazırda bu istiqamətdə növbəti il üçün planlar üzərində işləyirik”, - Janar Utepova qeyd edib.

Seçilən
3
2
fins.az

3Mənbələr