AZ

Seul küçələrində hərbi texnika yerləşdirilib

Cənubi Koreya hakimiyyəti Seul küçələrində hərbi texnika yerləşdirib.

Oxu24.com xəbər verir  ki, müvafiq kadrları Reuters yayıb.

Agentliyin məlumatına görə, döyüş helikopterləri şəhərin üzərində səmada uçur.

Bundan əvvəl Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyət elan edib və bunu “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib.

Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyadakı Rusiya vətəndaşlarını sakit olmağa və kütləvi tədbirlərdə iştirak etməməyə çağırıb.

 

Nigar

 

Seçilən
13
oxu24.com

1Mənbələr