AZ

Cənubi Koreyada hərbi vəziyyət: Seula texnika yeridildi - Video

Cənubi Koreyada fövqəladə vəziyyət elan olunduqdan sonra paytaxt Seulun küçələrinə hərbi texnika gətirilib.Bunu ölkənin ordu generalı, Baş qərargah rəisi Park An Su açıqlayıb.

General bildirib ki, helikopterlər hazırda Seul səmasında patrul fəaliyyətinə başlayıb.

Qərara etiraz edən müxalifət tərəfdarları və xüsusi xidmət orqanları arasında parlament binası yaxınlığında toqquşma baş verib.

Generalın sözlərinə görə, parlamentin, yerli şuraların, siyasi partiyaların, siyasi birliklərin fəaliyyəti də daxil olmaqla, bütün siyasi fəaliyyətlər, yığıncaq və nümayişlər qəti qadağandır:

"Bütün KİV və nəşrlər nəzarət altında olmalıdır”. 

Cənubi Koreya Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin vəzifələrinə geri qayıtmasını əmr edib.

"Departament rəhbəri Kim Yonq-hyun ordu komandirlərinin toplantısını keçirib və bütün orduya sayıqlığı və fövqəladə vəziyyətə hazırlığı artırmağı əmr edib. Müdafiə Nazirliyinin ehtiyatda olan əməkdaşlarına da postlarına qayıtmaq əmri verilib”, - deyə nazirliyin məlumatında bildirilir.


www.anews.az
Seçilən
2
7
anews.az

9Mənbələr