Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq keçirilir
Gürcüstan hökumətinin əleyhdarları Tbilisidə parlament binası yaxınlığında növbəti aksiyaya toplaşıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
Bildirilib ki, parlamentin qarşısındakı meydan artıq insanlarla dolub. Nümayişçilər qanunvericilik binasının yerləşdiyi Rustaveli prospektini də bağlayıblar. Etirazçılar hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər.
Parlamentin ətrafında polis qüvvələri var. Qanunvericilik binasının yaxınlığındakı Azadlıq meydanında Daxili İşlər Nazirliyi artıq xüsusi texnika, o cümlədən su şırnaqları, akustik silahlar və şəxsi heyətin hərəkəti üçün avtobuslar yerləşdirib.