Bakı. Trend:
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" və"Sabah" komandaları arasında keçirilən oyunda xoşagəlməz hadisə başverib.
Trend xəbərverir ki, matçın 21-ci dəqiqəsində meydan sahibi komandanınfutbolçusu Denis Marandiçi ciddi zədə alıb.
Moldovalı müdafiəçi rəqibin hücumunun qarşısını almağaçalışarkən ayağı sınıb.
O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Marandiçinin yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub.