Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Misli Premyer Liqası təmsilçilərindən "Səbail" “Qaradağ Lökbatan”ı, “Araz-Naxçıvan” "Mingəçevir"i məğlub edərək növbəti raunda yüksəlib.
"Turan Tovuz" ilə "Sabah"ın duelində isə Masazır təmsilçisi sevinən tərəf olub.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
15:00. “Qaradağ Lökbatan” – “Səbail” 0:2
Qollar: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
"ASCO Arena"
16:00. “Araz-Naxçıvan” – “Mingəçevir” 3:1
Qollar: Ülvi İsgəndərov, 5, Bernardo Dias, 21, Sezar Meza Kolli, 66 - Elmin Bayramov, 80
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
"Liv Bona Dea Arena"
18:00. “Turan Tovuz” – “Sabah” 2:2
Qollar: Aleks Souza, 28, Otto Con, 113 - Con İrasabal, 45+2, Neqoş Kupusoviç, 118
Penaltilər: 1:3
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu
saytlarin hazirlanmasi