AZ

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin görüşü keçirilib

Dekabrın 3-də Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri rəhbərlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr Komissiyasının sədri Fuat Oktay, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Gürcüstan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Nikoloz Samxaradze iştirak ediblər.

Görüşdə Fuat Oktay qeyd edib ki, müzakirələrin gündəliyinə ikitərəfli münasibətlər və regional proseslər, eləcə də birgə layihələrin həyata keçirilməsi mövzuları daxildir. “Biz davam edən birgə layihələri başa çatdırmağa çalışırıq və əməkdaşlığın yeni yollarını müəyyənləşdirməyə hazırıq”, - deyə Türkiyə parlament komissiyasının rəhbəri bildirib.

Görüş mətbuata qapalı rejimdə davam edib.

Seçilən
1
2
yeniazerbaycan.com

3Mənbələr