AZ

İran Suriyaya qoşun göndərə bilər - Əraqçi

İran Suriyaya qoşun göndərə bilər.

“Ölkə.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Arabi əl-Cədid” nəşrinə müsahibəsində deyib.

O söyləyib ki, Suriya hökuməti İrandan qoşun yeritməyi xahiş edərsə, Tehran bu tələbi nəzərə alacaq.

Bundan başqa, nazir qeyd edib ki, o, Suriyadakı hadisələri müzakirə etmək üçün Rusiyaya səfər etməyi planlaşdırır.

A.Əraqçi onu da qeyd edib ki, hazırda İran ABŞ ilə danışıqlara başlamaq niyyətində deyil: “Belə bir dialoq üçün heç bir əsas yoxdur”.

Seçilən
3
13
olke.az

10Mənbələr