Məşhur iş adamı Adnan Əhmədzadə Azərbaycanda klub sahibi olmağa qərar verib.
Sahibkar, bunun üçün AFFA-ya rəsmi müraciət edib.
Qurumla Əhmədzadə arasında danışıqlar hələ yekunlaşmayıb. O, zəngin futbol ənənələrinə malik Mingəçevirin təmsilçisini ölkənin aparıcı klubları sırasına daşımaq niyyətindədir.
Qeyd edək ki, braziliyalı dünya çempionu Ronaldinyo və “Barselona”nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirən iş adamı argentinalı əfsanə Lionel Messi ilə dostluq əlaqələri ilə də tanınır.