Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur.
Referans.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.
“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, – deyə o əlavə edib.
Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib:
“Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.
Qeyd edək ki, Lalə Şövkətin 73 yaşı var. O, 1993-1994-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb.
Xatırladaq ki, Azərbaycan Liberal Partiyası 2023-cü ildə fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta