Rusiyanın Cənubi Koreyadakı səfirliyi hərbi vəziyyətin tətbiqi fonunda həmvətənlərini siyasi nümayişlərdə iştirakdan çəkinməyə çağırıb.
Sfera.az xəbər verir ki, bu barədə səfirliyin teleqram kanalında müraciət dərc olunub.
Qeyd edək ki, bu gün Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyət elan edib.
Bunun ardınca qərara etiraz edən yüzlərlə sakin paytaxt Seulda parlament binası qarşısında nümayişlərə başlayıb.