“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu gün Tovuz şəhər stadionunda baş tutan “Turan Tovuz” – “Sabah” oyununun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 2:2. Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) paytaxt klubu 1/4 finala yüksəlib.
Kurban Berdıyev matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Hər şeydən əvvəl Denis Marandiçin ağır zədələnməsi bizim üçün böyük itki oldu. Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma uşaqlar axıra kimi döyüşdülər. Penalti seriyası lotoreyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq”.