AZ

Edamını gözləyən reper AZAD EDİLDİ

2022-ci ildə hökumət əleyhinə nümayişlərə dəstək verdiyi üçün edama məhkum edilən iranlı repçi Tumas Salehi həbsdən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə reperin beynəlxalq hüquqşünaslar qrupu öz saytında məlumat verib.

 

Etiraz mahnıları ilə tanınan ifaçı 753 gününü İsfahan həbsxanasında keçirib.

 

Toomac Salehi son bir neçə ildə “rejim əleyhinə təbliğat” və “ölkə rəhbərliyini təhqir etmək” ittihamları ilə bir neçə dəfə həbs edilib. Onun konsertlərdə çıxışı da qadağan edilib.

 

O, 2022-ci ilin oktyabrında kürd əsilli gənc iranlı qadın Məhsa Əmininin ölümündən sonra İran ictimaiyyətinin genişmiqyaslı etirazlarını dəstəklədikdən sonra yenidən həbsə salınıb. Salehi bu etirazlarda iştirak edərək iranlıları hökumətə qarşı çıxmağa çağırıb və etiraz mahnıları oxuyub.

 

Həbs olunduqdan sonra reperin dəfələrlə işgəncələrə məruz qaldığını və karserdə saxlandığını bildirib. Bu ilin aprelində İsfahan məhkəməsi Salehini kiberməkanda yalan yaymaqda, ictimai asayişi pozmaqda və hökumət əleyhinə təbliğat aparmaqda təqsirli bilib, ölüm hökmü çıxarıb.

Seçilən
2
12
modern.az

10Mənbələr