AZ

Rusiya donanması Suriyadan qaçır - ŞOK GÖRÜNTÜ

Rusiya Hərbi Dəniz Qüvvələrinin Suriyadakı Tartus bazasını tərk etdiyi barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, peyk görüntülərinin 1 və 3 dekabr tarixlərindəki müqayisəsi göstərir ki, bazadan bir neçə Rusiya gəmisi çıxarılıb.

OSINT-analitik MT Andersonun verdiyi məlumata görə, bazanı tərk edənlər arasında iki çoxməqsədli freqat – “Admiral Qorşkov” və “Admiral Qolovko”, həmçinin “Admiral Qriqoroviç” patrul gəmisi, “Vyazma” və “Yelnya” adlı iki dəniz tankeri də var.

Müşahidəçilər hesab edir ki, gəmilərin çıxarılması Suriyada gedən toqquşmalar fonunda baş verir. Belə ki, islamçı qruplaşmalar ilə prezident Bəşər Əsədə sadiq ordu arasında davam edən döyüşlər nəticəsində müxalif qüvvələr Ələppo və İdlib vilayətində bir neçə yaşayış məntəqəsini ələ keçiriblər.

Rusiya tərəfi gəmilərin çıxarılması ilə bağlı rəsmi açıqlama verməyib, lakin analitiklər bu addımı bölgədəki təhlükəsizlik durumunun gərginləşməsi ilə əlaqələndirirlər.

 

Musavat.com

Seçilən
5
10
musavat.com

10Mənbələr