AZ

“Bacım qızı ilə bağlı məsuliyyət daşımıram”

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı ilə bağlı açıqlama yayıb. OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib və bu sözləri yazıb:

 

“Hörmətli media nümayəndələri və əziz tamaşaçılar, məni sevərlər. Hər kəs bilir ki, rəhmətlik bacımın vəsiyyətinə əsasən onun üç yaşında olan qızını böyüdərək analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur və onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram! Bu məsələ ilə bağlı heç bir jurnalist mənə zəng etməsin. Çünki açıqlama verməyəcəm! Vətənimin bütün gəncləri, mənim doğma övladlarımdır! Deyəcəklərim bu qədər!”.

Tarix: 4 Dekabr 2024, 01:18   
Seçilən
0
7
pravda.az

10Mənbələr