AZ

Avropa ölkələrindən Türkiyə vətəndaşlarına VİZA məhdudiyyəti...

Avropa Birliyi (AB) Türkiyə vətəndaşları üçün yeni viza və sərhəd məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu qərarlar, əsasən, Bolqarıstan vasitəsilə edilən viza müraciətlərinə təsir edəcək.

AB Komissiyasının ilin son iclasında müzakirə edilən əsas məsələlərdən biri, Balkan ölkələrinə artan qeyri-qanuni miqrasiya və sərhəd təhlükəsizliyi olub. İclasda Bolqarıstanın Türkiyə ilə sərhədində əlavə tədbirlərin görülməsi və təhlükəsizliyin gücləndirilməsi qərara alınıb.

Eyni zamanda, AB miqrasiya siyasətinə uyğun olaraq Bolqarıstan və Rumıniyanın Şengen zonasına tam inteqrasiyası üçün 2025-ci ildən viza nəzarətinin ləğv ediləcəyi bildirilib. Bu qərar həmin ölkələrin vətəndaşlarına sərbəst hərəkət hüququ qazandıracaq.

Ankara bu qərarların Türkiyə ilə AB arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini vurğulayır. AB-nin sərhəd xəritəsində Türkiyənin kənarda saxlanılması isə diplomatik gərginliyi daha da artırır.

 

Musavat.com

Seçilən
3
17
musavat.com

10Mənbələr