AZ

Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab


Yerdəki kimi həyat Venera planetində heç vaxt mövcud olmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti Kembric Universitetinin araşdırmasına istinadən yazıb.

Alimlərin fikrincə, planetin atmosferinin təhlili Veneranın daxili hissəsinin quru olduğunu göstərib. Tədqiqat qeyd edir ki, bu, onun heç vaxt Yerdə olduğu kimi ənənəvi olaraq həyatın yaranması üçün zəruri hesab edilən maye su okeanlarının olmadığını göstərir.

"Bu, istənilən həyatı tamamilə istisna etmir. Amma Yer kürəsinə bənzər həyatın mövcudluğunu istisna edir", deyə tədqiqatın müəlliflərindən biri olan Tereza Konstantinu bildirib.

Bu sualın həlli astronomlara günəş sistemindən kənarda yaşamaq üçün əlverişli planetlər axtarışlarını daraltmağa kömək edə bilər.

Sentyabr ayında Çikaqo Universitetindən olan amerikalı astrobioloqların Veneranın sərt şəraitində mövcud ola biləcək və həyatın yaranmasına töhfə verə biləcək bir sıra üzvi molekullar kəşf etdikləri barədə məlumat verilmişdi. Onların tədqiqatının nəticələri göstərib ki, bəzi lipidlər yalnız sulfat turşusunda həll olunmur, həm də aqressiv mühitdə strukturlar əmələ gətirir.











Seçilən
2
3
news24.az

10Mənbələr