AZ

Cənubi Koreyada İSTEFA DALĞASI

Cənubi Koreya prezidenti Yoon Seok-yeol administrasiyasının rəhbərləri, o cümlədən onun baş katibi ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib.

Publika.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

“Prezident administrasiyasının yüksək rütbəli üzvləri, o cümlədən baş katib dekabrın 4-ü səhər kollektiv şəkildə istefaya getdiklərini bəyan ediblər”, - nəşr yazır.

Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.

Bunun fonunda Seulun mərkəzində vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma baş verib. Ölkə parlamenti də öz növbəsində iclas keçirərək hərbi vəziyyətin ləğvinə səs verib. Müvafiq məzmunlu qətnaməni tədbirdə iştirak edən 190 deputatın hamısı dəstəkləyib. Daha 110 deputat müzakirədə iştirakdan imtina edib.

Seçilən
3
11
publika.az

10Mənbələr