Rusiyanın Cənubi Koreyadakı səfirliyinin Telegram kanalı xəbər verir ki, Cənubi Koreyadakı ruslara siyasi tədbirlərdə iştirak etməmək tövsiyə olunub.
Oxu24.com xəbər verir ki, "Rusiya vətəndaşlarına hadisələri diqqətlə izləməyi və siyasi xarakterli kütləvi tədbirlərdə iştirakdan çəkinməyi tövsiyə edirik", - mesajda deyilir.
Diplomatlar aydınlaşdırıblar ki, hərbi vəziyyət aradan qaldırıldıqdan sonra Koreya Respublikasının Seul və digər şəhər və əyalətlərində vəziyyət normallaşıb. Vətəndaşların güzəranı üçün təhlükəli olan kütləvi iğtişaşlar təhlükəsi yoxdur.
Bundan əvvəl Amerikanın bu ölkədəki səfiri Filip Qoldberq bildirib ki, Birləşmiş Ştatlar Cənubi Koreyadakı vəziyyətin dinc və konstitusiya yolu ilə həllini dəstəkləyir.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Seok-yeol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, bu qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünün kəsilməsi və azad konstitusiya quruluşunun qorunmasının” zəruriliyi ilə izah edib, jurnalistlər isə dövlət başçısının hərəkətlərini siyasi rəqiblərinin ona qarşı impiçment proseduru həyata keçirmək cəhdləri ilə əlaqələndiriblər.
Bundan əvvəl Cənubi Koreya prezidentinə parlamentin qərarlarına tabe olmamaq barədə xəbərdarlıq edilib.
Nigar