Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun hərbi vəziyyət elan edildikdən sonra üzr istəyib və istefa ərizəsini təqdim edib. Metbuat.az xəbər verir ki, o fövqəladə hərbi vəziyyətin yaratdığı bütün qarışıqlıqlara görə məsuliyyəti öz üzərinə götürdüyünü və istefasını prezidentə təqdim etdiyini bildirib. Yonhap agentliyinin məlumatına görə, müdafiə naziri, prezident Yoona hərbi vəziyyət elan etməyi təklif edərək, hərbi vəziyyətlə bağlı qoşunlara özünün əmrlər verdiyini bildirib. Qeyd edək ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol müxalifətin dövlət əleyhinə fəaliyyətlə məşğul olduğunu irəli sürərək, ölkədə hərbi vəziyyət elan etmişdi. Parlamentdə hərbi vəziyyətin ləğv edilməsi barədə səsvermə keçirilib və yekdilliklə qəbul edilib. ArdıncaPrezident Yoon Suk Yeol hərbi vəziyyəti ləğv edib.