Türkiyəli məşhur cütlük Anıl Altan və Pelin Akıl haqda bir müddət əvvəl yenidən boşanma xəbərləri yayılıb.
"Ölkə.az" axşam.az-a istinadla xəbər verir ki, aktyor çıxan xəbərləri təkzib edib.
"Üç ildir bizi boşatdırırlar. Bu xəbərlər pis niyyətlə edilir. Etibar etməyin" deyə, Anıl bildirib.
Qeyd edək ki, may ayında da boşanma xəbərləri yayılan Pelin və Anıl 2016-ci ildə ailə qurub. Cütlüyün Alin və Lina adlı 2 əkiz qızları var.