Sənətçi Murad Arif artıq bir müddətdir məhkəməsi davam edən Xalq artisti Ağadadaş Ağayevin müdafiəsinə qalxıb.
Sənətçi Xalq artistini qınayanlara səslənərək, qeyd edib:
"Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm. Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi bir Allaha, bir də o iki kişiyə bəllidir.
Bilmirəm o hücum, yaxud müdafiə, yaxu da təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb, qərar verər. Amma siz o videoda özünüzü, atanızı, qatdaşınızə, yaxud ərinizi də təsəvvür edə bilərsiniz.
"Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi" sözləriylə günahlandırmağa tələsməyin. O, 40 ildir apardığı məclislər, kasetlər, disklər, mahnıları ilə xalqın sənətçisi olub. "Balta" insidentinə rəğmən, Ağadadaş Ağayevi bundan sonra da mahnılarını dinləyəcək, onunla bərabər oxuyub, qoşulub oynayacaqsınız.
Demirəm ki, yaxşı edib, deyirəm ki, hamınəzən başına gələ biləcək hadisədir. Qoy daşı günahsız olan atsın".
Xatırladaq ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.//Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta