AZ

“Google” süni intellektə məğlub olur

Ənənəvi “Google” axtarış sistemi getdikcə alternativ platformalara və süni intellektə müraciət edən gənclər arasında populyarlığını itirir.

Viral.az xəbər verir ki, ChatGPT və bu kimi müasir texnologiyalar sürətli və dəqiq cavablar təqdim etdiyi üçün gənc nəsli cəlb edir.

“Google” nəticələrinin keyfiyyətinin aşağı düşdüyünü qeyd etmək vacibdir. Bu, süni intellekt tərəfindən yaradılan məzmunun üstünlük təşkil etməsi ilə əlaqədardır ki, bu da müvafiq məlumatların tapılmasını çətinləşdirir.

Son Yazılar:

“Google”un ABŞ-nin axtarış reklamları bazarındakı payının 2025-ci ilin sonunadək ilk dəfə olaraq 50%-dən aşağı düşəcəyi proqnozlaşdırılır.

Bundan əlavə, “TikTok” bir axtarış vasitəsi kimi populyarlıq qazanır, reklam payı kiçik olsa da, gündə 3 milyard axtarışa çatır.

Sevinc İBRAHİMZADƏ

Seçilən
14
1
viral.az

2Mənbələr