AZ

Süd məhsulları niyə bahalaşıb? - VİDEO

Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar artım var.

Bakıvaxtı.az xəbər verir ki, qiymət artımını satıcılar da təsdiq edirlər. 

Məsələn, Bakının "8-ci kilometr" bazarına hər bölgədən məhsul gətirilir. Bura ən ucuzluq olan yer kimi tanınsa da, süd məhsullarının bahalaşdığı bildirilir.

Satıcılar deyirlər ki, bəzi məhsullarda 30-50 qəpik arası qiymət artımı var.

Alıcılar isə artım olsa da, bazardan məhsul almaq mağaza və marketlərdən ucuz başa gəldiyi qənaətindədirlər.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yerli süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır. Digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır.

Xalid Kərimli qeyd edib ki,  Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata görə, son 12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərir. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik. 

Seçilən
18
20
bakivaxti.az

10Mənbələr