Nüfuzlu “Goal” nəşri XXI əsrdə dünyanın ən yaxşı futbol məşqçilərindən ibarət siyahını tərtib edib.
Redaktor.az xəbər verir ki, birinci yeri hazırda “Mançester Siti”nin baş məşqçisi olan Xosep Qvardiola (sabiq klubları – “Barselona” və “Bavariya”) tutur.
“Real Madrid”in çalışdırıcısı Karlo Ançelotti (“Milan”, “Çelsi”, “Bavariya”) ikinci sırada yer alıb.
“İlk üçlüy”ü “Mançester Yunayted” komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson tamamlayır.
Digər sıralarda Joze Mourinyo, Yurgen Klopp, Zinəddin Zidan, Dieqo Simeone, Visente Del Boske, Luis Enrike, Antonio Konte, Arsen Venger, Unay Emeri, Roberto Mançini, Lionel Skaloni və Didye Deşam qərarlaşıblar.