Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.
Valyuta.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,86 ABŞ dolları, yaxud da 2,5% artaraq 76.05 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin qiyməti 1.98 ABŞ dolları və ya 2,71% artaraq 75.02 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.