Bakıda külli miqdarda mənimsəmə də təqsirləndirilən sahibkar Tural Heydərlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
İttihama görə, “Firstek” mağazasının direktoru Heydərli Tural Sahib oğlu barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub. O, 551 min 135 manat mənimsəmədə təqsirli bilinir.//Pravda.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta