AZ

Makron ən azı etika xatirinə İlham Əliyevə müraciət etməli idi...

Image

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində maraqlı paylaşım edib. A.Quliyev yazır:  "Fransa prezidenti Makron dekabrın 7- də 5 illik təmirdən sonra Parisdəki Notrdam katolik kilsəsinin açılışını edəcək. ABŞ, Britaniya, İtaliya, Almaniya və başqa dövlətlərin başçıları daxil olmaqla 2 minə yaxın qonaq dəvət edib. Makron ən azı etika xatirinə Azərbaycan prezidentini də dəvət etməli idi. Niyə?
Əvvala, Azərbaycan dünyada dini tolerantlığın misilsiz modelini yarada bilmiş ölkədir...
2. 2019-cu ilin aprelində Notrdam kilsəsi yananda onun bərpasına dəstək təklif edən ilkin ölkələrdən biri Azərbaycan olmuşdu.
Yəqin ki, Azərbaycan prezidenti özü şəxsən hətta  belə dəvətin olacağı təqdirdə prinsipial olaraq Parisə getməz və dövlət adından kiminsə iştirak variantını daha məqbul sayar. Buna baxmayaraq Makron etika xatirinə və həm də bəzi siyasi arqumentlərlə dəvət göndərməli idi. Ona görə ki, Azərbaycan həm bu kilsənin bərpasına lazımı həssaslığı zamanında göstərib, həm də Azərbaycan başqa dini irs nümunələrinə əməli dəstək verməyi bacardığını Roma katakombalarının  bərpası zamanı göstərib.  ...."

Mətləb






Seçilən
30
baki-xeber.com

1Mənbələr