Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.
İdman.biz xəbər verir ki, o, kişi voleybolçular arasında Çempionlar Liqasında iş başında olacaq.
Zülfüqarov E qrupunda “Levski” (Bolqarıstan) - “Şomon” (Fransa) matçında birinci hakim funksiyasını yerinə yetirəcək. Görüşün ikinci referisi lixtenşteynli Aleksander Sikanyiçdir.
Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək oyun bu gün yerli vaxtla saat 20:00-da başlayacaq.
İdman.biz