Olaylar xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, məktəbəqədər təhsilin əlçatanlığının 50 faizə çatması əsas hədəflərdəndir.
"Azərbaycan təhsilinin keyfiyyətiylə bağlı çağırışlar məhz məktəbəqədər təhsildə axtarılmalıdır. Biz müsbət nəticələri tez görə bilmərik. Təhsildə olan dəyişikliklər uzunmüddətli olur. Məktəbəqədər təhsilin müsbət nəticələrini və cəmiyyətə, iqtisadiyyata təsirini 20-30 ilə görə bilərik ",- deyə E.Əmrullayev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31