AZ

"Qarabağ"la oyunda müəyyən rotasiyalar edəcəyik" - Vasili Berezutski

"Sabah" ölkə kubokunun 1/8 final mərhələsində "Turan Tovuz"u penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə yüksəlib.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Onlar xarakter göstərdilər. Oyun bizim üçün çox çətin alındı. Uşaqlar özlərində güc tapdılar və qələbə qazandıq. Mərhələ adlamağın bizim üçün önəmi böyükdü. "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçiyə şəfa diləyirəm. İnanıram ki, tez bir zamanda sağalacaq.

- Penaltilər seriyası planlarınıza daxil idi?
- Qapıçılarımız hazır idilər, oyunçularımız yox. Penaltilər seriyası lotoreyadı. Burada kim stressə daha dözümlü olursa, o qalib gəlir.

- Mətbuatda belə xəbər var ki, "Turan Tovuz" Sofian Çakla ilə maraqlanır. Futbolçu da oyun bitən kimi dərhal paltardəyişmə otağına yollandı. Bunun səbəbi nə idi?
- Sofian həqiqətən də çox fərqli şəxsiyyətdi. Bəzən onun davranışlarını heç kim başa düşmür. Amma mən belə insanları çox sevirəm. Burada qeyri-adi bir şey görmürəm.

- Növbəti oyununuz "Qarabağ"a qarşı olacaq. Belə çətin matçdan sonra komandanı necə hazırlayacaqsız?
- Əlbəttə ki, çox ağır olacaq. Futbolçuların əksəriyyəti bu gün 120 dəqiqə meydanda oldu. Müəyyən rotasiyalar edəcəyik. Əlavə edərdim ki, bu gün süni meydançada oynamaq vəziyyəti bir qədər də ağırlaşdırır.

Seçilən
0
4
football-plus.az

7Mənbələr