AZ

"Silahın xaricdən alınacağı, hətta qumbara təşkil olunacağı deyildi"- Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsin məhkəməsi » AzadMedia.az



Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verməkdən imtina edib.

O, ilk olaraq zərərçəkənlərin və şahidlərin dindirilməsini istəyib. B.Əskərovun vəkili də əvvəlcə zərərçəkmişlərin dindirilməsini xahiş edib.
Məhkəmə keçən iclasda öncə təqsirləndirilən şəxsin dindirilməsinə qərar verdiyi üçün Bəhruz Əskərovun ibtidai istintaqdakı ifadəsi elan olunub.

Bəhruz Əskərov ibtidai istintaqdakı ifadəsində bildirib ki, ona Lənkəranın icra başçısına sui-qəsd etmək tapşırığı verilib və sui-qəsd üçün lazım olan silahın xarici ölkədə yaşayan şəxslərdən alınacağı bildirilib. Bunun üçün əl qumbarasının da təşkil olunacağı söylənilib.

Növbəti məhkəmə prosesi zərərçəkmişlərin dindirilməsi məqsədilə gələn il yanvarın 14-nə təyin olunub.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur. Daha əvvəl DTX Bəhruz Əsgərovun bu barədə səs yazılarının əks olunduğu videomaterial yayımlamışdı.
Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.(Apa)
Seçilən
0
7
azadmedia.az

10Mənbələr