AZ

“AzerGold” QSC-də Qvineya-Bisau Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovdekabrın 2-də ölkəmizdə səfərdə olan Qvineya-Bisau Respublikasınınxarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos PintoPereiranın rəhbərlik etdiyi, ətraf mühit, biomüxtəliflik və iqlimdəyişikliyi naziri Viriato Kassamanın da daxil olduğu nümayəndəheyəti ilə görüşüb.

Zаkir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldəetdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları vədağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması, eləcə dəyerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun ətrafmühitin mühafizəsi, sosial məsuliyyət istiqamətində görülən işlərhaqqında bəhs edib.

“AzerGold” QSC-nin xarici tərəfdaşlarla uğurlu əməkdaşlıqtəcrübəsinin olduğunu bildirən Zakir İbrahimov fəaliyyətingələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsininQSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineralresurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsindəolduğuna diqqət çəkib.

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalqəməkdaşlıq və icma naziri Karlos Pinto Pereira ölkəsinin ikitərəflimünasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətəçatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçünyaradılan şəraitdən bəhs edib.

Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsindəolduğunu bildirən Qvineya-Bisau Respublikasının ətraf mühit,biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama isə“AzerGold” QSC-nin təcrübəsindən faydalanmaq niyyətində olduqlarınıifadə edib. Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ciillərdə keçmiş SSRİ-dən olan mütəxəssislər tərəfindənhazırlandığını və müasir tədqiqat metodları ilə perspektivlisahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.

Tərəflər “AzerGold” QSC-nin innovativ geoloji axtarış metodlarıvə müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq,bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsiaparıblar. Görüşün davamında “AzerGold” QSC tərəfindənQvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkinehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkinrazılıq əldə edilib. Bu məqsədlə Səhmdar Cəmiyyəti tərəfindənxəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkəərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektralpeyk çəkilişləri həyata keçirilməli, məlumatların təhlili, ocümlədən ilkin geoloji kəşfiyyat işləri icra olunmalıdır.

Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərininistismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcəkqızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləridə dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşün nəticəsi olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədriZakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit,biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasındadağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların GizliSaxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Məqalədə:
Seçilən
11
14
az.trend.az

10Mənbələr