AZ

Millətimin qocası - Akif Abbasov yazır

Millətimin
Akif ABBASOV

(hekayə)

İstanbul. Qitələrarası bir şəhər. Türkiyənin ən böyük şəhəri, dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri. Təxminən 470 il Osmanlı imperiyasının paytaxtı, 30 Osmanlı sultanın iqamətgahı olub. İstanbul dünyanın ən özəl və gözəl şəhərlərindəndir. Şəhər iki qitədə - Avropa və Asiyada yerləşən nadir şəhərlərdən biridir.

Şəhərin baş küçəsində maşınlar şütüyür. Şəhər həmişəki xoş ahəngi ilə yaşayır, insanlara fərəhli günlər bəxş edir. Şəhərdə qələbəlikdir. Əhalinin sayı az qala 17 milyona çata. Meydanlar, küçələr dolub boşalır.

Sərin meh əsir. Kimisi işə, kimisi dükan-bazara, kimisi görüşə tələsir. İstanbul hər il doqquz milyona qədərturist qəbul edir. Budur, turistlər şəhəri gəzib-dolaşırlar.Füsunkar və tarixi yerləri, Aya Sofya məbədini, Topqapı sarayını görmək,İstanbul Boğazında - Qara dənizlə Mərmərə dənizini bir-birinə bağlayan su keçidində gəmi ilə gəzmək istəyirlər.

İşığaforun yaşıl işığı yanırdı. Adamlar bu küçədən o biri küçəyə adladılar. Yaşlı bir kişi keçməyə macal tapmadı. Qırımızı işıq piyadalara “gözlə” deyirdi. Maşınlar hərəkətə gəlmişdilər. Görünür, qocanın gözləri yaxşı görmürdü. Ayağını yolun hərəkət hissəsinə qoymuşdu. Yol polisi özünü yetirdi. Zolaqlı dəyənəyini qaldırıb yolu bağladı. Maşınlar dayandılar. Polis qocanın qolundan tutub ağır addımlarla o biri küçəyə apardı. Maşınlar gözləyirdilər. Polisin işarəsi ilə onlar yola düşdülər. Bu mənzərəni seyr edən turistlərdən biri polisə yaxınlaşdı:

- Səni başa düşmədim. Əldən düşmüş bir qoca kişiyə görə o qədər maşını saxlayıb gözlətdin. Buna dəyərdimi?

Polis ona baxıb gülümsədi Turistin xətrinə dəymək istəmədi, amma sözünü dedi:

- O qoca elə-belə, adi qoca deyil, mənim millətimin qocasıdır! Ona əldən düşmüş, gərəksiz qoca kimi baxma. Mənim borcum onu qorumaqdır. Sən nə bilirsən o bu millət, bu Vətən üçün nələr edib. Bunu heç mən də bilmirəm... Amma millətimin bütün qocalarına bizim hörmətimiz və ehtiramımız var.

Turist pərt oldu. Səhvini anlayıb üzr istədi və yoluna davam etdi.
Seçilən
11
reyting.az

1Mənbələr