AZ

Nazirlik rəsmisi: Oyun sənayesində nəticələr Azərbaycanı regionda liderə çevirəcək

"Mədəniyyət Nazirliyinin nəzdində həyata keçirilən "Biznes İnkubasiya Proqramı"nda bir il ərzində 15 yeni oyun studiyası formalaşıb".

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov "Gənclər Paytaxtı"nın bağlanış mərasimi çərçivəsində keçirilən "G-Hub" layihəsinin təqdimatı zamanı jurnalistlərə açıqlamasında deyib.

"Yaradıcı sənayelər arasında oyun sənayesi xüsusi yer tutur. Çünki oyunlar artıq milyonlarla kütləyə xitab edir. Müasir rəqəmsal dünyada oyun texnologiyaları bizim mədəni irsimizin yeni dövrə keçirilməsinə böyük imkanlar yaradır", - deyə o qeyd edib.

Rəşad Əzizov həmçinin, vurğulayıb ki, qısa müddət ərzində ölkədə bu sahədə böyük nəticələr əldə ediləcək və Azərbaycan regionda bu sahənin liderinə çevriləcək.

Seçilən
8
apa.az

1Mənbələr